“İnter” tarixində ilk dəfə Çempionlar Liqasında “Milan”a qalib gəlib.
Apasport.az saytının məlumatına görə, bu, rəqiblər arasında 5-ci dueldə gerçəkləşib.
“Neradzurra” yarımfinalın ilk görüşündə səfər qələbəsinə sevinib – 2:0. Bunadək keçirilən 4 matçda “İnter” qalib gəlməmişdi.
Əvvəlki görüşlərdə iki dəfə “Milan” qələbə qazanmışdısa, iki dəfə sülh qeydə alınmışdı. Ümumilikdə isə “İnter” derbidə 88-ci dəfə sevinib. Milanın eyniadlı təmsilçisi 79 dəfə qalib olub.
69 matç heç-heçə ilə nəticələnib. Top fərqində də “neradzurra” üstündür - 328:310.
Qeyd edək ki, komandalar arasında yarımfinalın cavab oyunu mayın 16-da baş tutacaq.