Premyer Liqada yeni REKORD
18.04.2023 - 10:22
Premyer Liqada yeni REKORD

Məhəmməd Salah İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, “Liverpul”un misirli hücumçusu sol ayağı ilə ən çox qol vuran futbolçu ünvanına sahib çıxıb.

O, XXXI turun “Lids”lə səfər görüşündə iki qol vurub. Salah komandasının 6:1 hesabı ilə qalib gəldiyi görüşdəki hər iki topu sol ayağı ilə rəqib qapısından keçirib. 

Bununla da Salahın Premyer Liqadakı belə qollarının sayı 107-yə çatıb. O, Robbi Faulerin rekordunu arxada qoyub.

Premyer Liqada sol ayağı ilə ən çox qol vuran futbolçular:
1. Məhəmməd Salah - 107
2. Robbi Fauler – 105
3. Robin van Persi – 94
4. Rayan Giqqz – 83
5. Riyad Mahrez – 65
6. Romelu Lukaku – 60
7. Olivye Jiru – 50
8. David Silva – 49
9. Daniel Starric – 47
10. Luis Saa – 46

writer photo
Əlirza Əlirzalı
0