UEFA Çempionlar Liqasının "Liverpul" – "Real" matçı həm meydan sahibi, həm də qonaq komandanın aparıcı futbolçusu üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah bu turnirdə 44-cü dəfə qol vurub. Bununla da o, afrikalı futbolçular arasında ÇL-də "Çelsi" və "Qalatasaray"ın sabiq futbolçusu Didye Droqbaya çatıb.
"Real"da isə 2 qol + 1 assist edən Vinisius Junior ümumilikdə karyerası ərzində "Liverpul"un qapısına 5 dəfə yol tapmış olub. Bu isə "Liverpul"a 4 qol vurmuş Kərim Benzema və Didye Droqbadan daha üstün nəticədir.
Həmçinin, braziliyalı futbolçu 22 yaş 224 günlüyündə "Enfild"də qollar vurmaqla 1966-cı ildən bəri "Liverpul"un qapısına dubl etmiş ən gənc futbolçu ünvanına sahib çıxıb. 1966-cı niderlandlı Yohan Kroyff "Ayaks" forması ilə 19 yaş 233 günlüyündə "Liverpul"a 2 qol vurmağı nacarıb.