AFFA Hakimlər Departamentinin yeni rəhbəri müəyyənləşib
15.07.2024 - 23:06
AFFA Hakimlər Departamentinə yeni sədr təyin olunacaq.
Apasport.az xəbər verir ki, bu post keçmiş FIFA referisi Ömər Paşayevə həvalə olunacaq. Təyinat yaxın günlərdə rəsmiləşəcək.
Ömər Paşayev Barış Şimsəyin rəhbərliyi dövründə AFFA Hakimlər Komitəsinin üzvü olub. O, komitənin Talantlar Qrupunun rəhbəri kimi çalışıb.
Qeyd edək ki, Hakimlər Departamentinin əvvəlki sədri Cavid Cəlilov olub. Bir müddət öncə onun işinə xitam verilib.
- Azərbaycan millisinin üzvü komandasını tərk etməyə hazırlaşır
- Abdullah Zubir: "Pley-off mərhələsinə vəsiqə qazanmağa şansımız var" - Müsahibə
- Elmar Baxşıyev "Araz-Naxçıvan"da qalacaq
- "Araz-Naxçıvan"ın futbolçusu: “Ümid edirəm, Neftçi bu dəfə də ədalətsizlik etməz”
- Kamran Quliyev: "Baş məşqçinin maaşı aşağıdır"
0
0