Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçü karyerasında dəyişiklik edəcək.
Apasport.az saytına verilən məlumata görə, 25 yaşlı yarımmüdafiəçi “Eyndhoven”i tərk etməyə hazırlaşır.
Onun Niderland klubunu tərk edəcəyi dəqiqləşib. Kökçünün “Eyndhoven”lə 2025-ci il iyunun 30-na qədər müqaviləsi qüvvədə olsa da, rəhbərlik onu komandanı tərk etməsinə icazə verib.
Futbolçunun hansı komandaya keçəcəyi hələ ki, dəqiqləşməyib. Hazırda danışıqlar davam edir. Millimizin üzvü böyük ehtimalla Avropada qalacaq, hətta yeni komandası da avrokuboklarda iştirak edən komandadır.
Qeyd edək ki, Kökçü “Eyndhoven”ə 2022-ci il avqustun 6-da keçmişdi. O, karyerası ərzində “Bursaspor”, “Velveyk”, “Sabah”, “Telstar” komandalarında oynayıb.