Ter-Şteqen “Top-3”də
17.09.2022 - 23:24
Ter-Şteqen “Top-3”də

Mark-Andre Ter Şteqen “Barselona” tarixində ən çox oyun keçirən legionerlər sırasına düşüb.

Apasport.az saytının məlumatına görə, almaniyalı qapıçı “Elçe” ilə bugünkü matça start heyətində çıxıb.

Bu, Ter Şteqenin 335-ci oyunu olub. O, argentinalı Xavyer Maskeranonu (334) arxada qoyub. 30 yaşlı almaniyalı yalnız Lionel Messi (778) və Dani Alvesdən (408) geri qalır.

Qeyd edək ki, Mark-Andre 2014-cü ildə “Barselona”ya keçib.
 

writer photo
Əlirza Əlirzalı
0