"Bayer"də ciddi itki
09.01.2024 - 10:05
"Bayer"də ciddi itki

"Bayer"in hücumçusu Viktor Bonifeys yoldaşlıq görüşündən əvvəl zədələnib.

Apasport.az "Bild"ə istinadla xəbər verir ki, Nigeriyanın heyətində Afrika Millətlər Kubokuna hazırlaşan qolçu millisi ilə məşq zamanı qasıq nahiyəsindən ciddi zədə alıb. O, Kot d-İvuarda keçiriləcək turnirdə iştirak edə bilməyəcək.

Bonifeysin 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Leverkuzen klubunda onu Nathan Tellanın əvəz edəcəyi gözlənilir. 

writer photo
Əlirza Əlirzalı
0