"Bavariya"nın 3 əsas futbolçusu "Borussiya" ilə oyunu buraxa bilər
25.03.2024 - 12:37
"Bavariya"nın 3 əsas futbolçusu "Borussiya" ilə oyunu buraxa bilər

Martın 30-da Almaniya Bundesliqasında “Bavariya” Dortmund “Borussiya”sını qəbul edəcək.

Apasport.az "Kicker"ə istinadən xəbər verir ki, "Bavariya"nın 3 mühüm futbolçusu zədə səbəbindən bu oyunu buraxa bilər.

Bu siyahıda qapıçı Manuel Noyer, müdafiəçi Rafael Qerreyro və hücumçu Harri Keyn yer alıb.

"Bavariya" hazırda Almaniya çempionatının turnir cədvəlində 2-ci yerdədir. Tomas Tuxelin komandası lider "Bayer Leverkuzen"dən 10 xal geri qalır. 

 

writer photo
Əlirza Əlirzalı
0