“Zirə”də ilk
04.09.2023 - 16:08
Dmitrios Çantakias “Zirə”də 100-cü oyununu keçirən ilk legioner futbolçu olub.
Apasport.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisi məlumat yayıb.
Yunanıstanlı müdafiəçi Premyer Liqasının V turunda “Qəbələ” (0:1) ilə səfər matçında yubiley görüşünə çıxıb.
Qeyd edək ki, Çantakias 2020-ci ildən “Zirə”də çıxış edir.
0
0