Dino Ndolovu klublarımıza ŞƏRT QOYDU
21.01.2023 - 12:34
Dino Ndolovu klublarımıza ŞƏRT QOYDU

“Qarabağ”ın sabiq forvardı Dino Ndolovu Azərbaycana qayıtmağa yaxın olub. 

Apasport.az saytının əldə etdiyi məlumata görə, afrikalı forvardın qış fasiləsində Premyer Liqamızda oynamaq variantı yaranıb. 

Lakin sonda onun klublarımızdan birinə keçidi baş tutmayıb. Ndolovu ölkə çempionatındakı iki kluba təklif edilib. 32 yaşlı forvardın məhz yüksək maaş istəməsindən sonra xidmətinə ehtiyac duymayıb. Forvardın şərtləri Azərbaycana qayıdışını əngəlləyib və o, Türkiyəyə yollanaraq “Boluspor”la anlaşıb. 

Qeyd edək ki, Cənubi Afrika Respublikasının hücumçusu 2016-2018-ci illərdə “Qarabağ”da oynayıb.
 

writer photo
Əlirza Əlirzalı
0