Aleksey Mirançukla 2 klub maraqlanır
24.04.2024 - 14:14
İtaliya A Seriyası təmsilçisi "Atalanta"nın yarımmüdafiəçisi Aleksey Mirançuk karyerasını başqa İtaliya klubunda davam etdirə bilər.
Apasport.az “Calciomercato”ya istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə “Fiorentina” və “Torino” maraqlanır.
“Transfermarkt” portalı futbolçunun dəyərini 9 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, İtaliya çempionatının bu mövsümündə 28 yaşlı yarımmüdafiəçi “Atalanta”nın heyətində 21 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
0
0