Parataekvondoçumuz tarixə düşüb
30.08.2024 - 13:19
Parataekvondoçumuz tarixə düşüb

Parataekvondoçu Sabir Zeynalov Azərbaycan paralimpiya tarixinə düşüb.

Milli Paralimpiya Komitəsindən apasport.az-a verilən məlumata görə, 58 kiloqram çəkidə çıxış edən 19 yaşlı idmançı buna “Paris-2024” Yay Paralimpiya Oyunlarında fəxri kürsüyə yüksəlməklə nail olub.

K44 kateqoriyasında mübarizə aparan Zeynalov paralimpiadanı bürünc medalla bitirib. Bunadək isə dördilliyin ən böyük yarışında heç bir Azərbaycan parataekvondoçusu fərqlənməmişdi. S.Zeynalov oyunlarda ilk dəfə mükafatçılar sırasına düşüb.

Qeyd edək ki, Azərbaycanı Fransa paytaxtında 3 parataekvondoçu təmsil edir. Paris-2024 Yay Paralimpiya Oyunlarına sentyabrın 8-də yekun vurulacaq.

writer photo
Əlirza Əlirzalı
0