AVF-nin nümayəndəsi beynəlxalq oyuna təyinat alıb
23.08.2024 - 17:21
AVF-nin nümayəndəsi beynəlxalq oyuna təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova Avropa çempionatının təsnifat mərhələsinin oyununa təyinat alıb. 

Apasport.az xəbər verir ki, İsmayılova D qrupunda yer alan Estoniya və Xorvatiya komandalarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək. 

Avqustun 24-də Estoniyanın Tallin şəhərində keçiriləcək oyunun hakimləri polşalı Magdalena Niewiarowska və almaniyalı Benedikt Geukes olacaq.

writer photo
Əlirza Əlirzalı
0