“Bayern” fərqi dördə yüksəltdi
06.05.2023 - 23:16
“Bayern” fərqi dördə yüksəltdi

“Bayern” Almaniya Bundesliqasında liderliyini möhkəmləndirib.

Apasport.az xəbər verir ki, Münhen klubu 31-ci turda səfərdə “Verder”ə qalib gəlib  - 2:1.

Bu qələbədən sonra xalını 65-ə yüksəldən “Bayern” Dortmund “Borrusiya”sını dörd xal qabaqlayır. Düzdür, dortmundlular sabah “Volfsburq”u qəbul edəcək və qələbə sayəsində fərqi yenidən minimuma endirə bilərlər.

Qeyd edək ki, “Bayern”in qollarının Gnabri və Sane vurublar.
 

writer photo
Əlirza Əlirzalı
0