Azərbaycan Voleybol Federasiyasınn (AVF) prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev və baş katib Faiq Orucov qadın və kişi voleybolçular arasında ölkə çempionatının qalibi olmuş “Azərreyl” klubunun üzvləri ilə görüşüblər.
Apasport.az xəbər verir ki, görüşdə həm qadın, həm də kişi komandasının oyunçuları, məşqçilər heyəti və klubun əməkdaşları iştirak ediblər.
Bağırov ilk olaraq “Azərreyl”in oyunçularını və rəhbərliyini çempionluq münasibətilə təbrik edib. O, bu il ölkə çempionatlarının kifayət qədər maraqlı və gərgin keçdiyini bildirib, qarşılaşmaların, birinciliyin açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Hər bir oyunçuya bu gözəl mübarizə üçün təşəkkürünü bildirib və onlara karyeralarında uğurlar arzulayıb.
“Azərreyl”in rəhbəri Orxan Kərimov və baş məşqçilər onlara göstərilən diqqətə görə AVF rəhbərliyinə təşəkkürlərini bildiriblər. Daha sonra klubun simvolik formasını Bağırova və Quliyevə təqdim ediblər. “Azərreyl”in qadınlardan ibarət komandasının baş məşqçisi Cengiz Akarçeşme isə müəllifi olduğu “Müasir voleybol” kitabını Bağırova hədiyyə edib.
Sonda xatirə şəkli çəkdirilib.