"Kəpəz" legionerləri ilə yollarını ayırıb
03.07.2024 - 14:34
"Kəpəz" legionerləri ilə yollarını ayırıb

“Kəpəz” 3 futbolçusu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Gəncə təmsilçisi Olavale Onanuqa, İqor Rodriges və Georgi Papunaşvili ilə vidalaşıb. 

“Kəpəz” müqaviləsi başa çatan legionerlərlə yeni müqavilə imzalamayıb. 

Qeyd edək ki, “sarı-göylər”in yeni mövsümə hazırlığı iyunun 29-dan start götürüb. Plana fiziki, texniki-taktiki məşqlər və yoxlama oyunları daxildir.  
 

writer photo
Əlirza Əlirzalı
0