“Bolonya” axtardığını Fransada tapdı
27.08.2022 - 13:55
“Bolonya” axtardığını Fransada tapdı

“Marsel”in futbolçusu Leonardo Balerdi yaxın müddətdə komandasını dəyişəcək.

Apasport.az saytının məlumatına görə, müdafiəçi bir neçə klubdan təklif alıb.

Onun xidmətində maraqlı olanlar arasında “Bolonya” da var. İtaliya təmsilçisi cəlbedici təklif göndərib.

Futbolçu düşünmək üçün vaxt istəyib. O, “Bolonya”ya keçsə, Artur Teteni əvəzləməli olacaq. A seriyası təmsilçisi məhz bu müdafiəçinin yerinə oyunçu axtarışındadır.

writer photo
Əlirza Əlirzalı
0