"Qarabağ"ın qapıçısı ərəblərin diqqətində
11.01.2024 - 14:56
"Qarabağ"ın qapıçısı ərəblərin diqqətində

"Qarabağ"ın qapıçısı Andrey Lunyova təkliflər gəlməyə davam edir.

Apasport.az saytına verilən məlumata görə, rusiyalı qolkiper indi də BƏƏ-dən təklif alıb.

Belə ki, Dubayın "Əl-Vəsl" klubu Lunyovla maraqlanır. Ərəblər yayda Andrey üçün "Qarabağ"a təklif göndərəcək.

Qeyd edək ki, hazırda rusiyalı futbolçunun "Qarabağ"la müqaviləsi qüvvədədir. O, Ağdam təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

writer photo
Əlirza Əlirzalı
0