Qrinvud 20 aydan sonra meydana çıxdı
18.09.2023 - 15:27
İngiltərəli hücumçu Meyson Qrinvud "Xetafe"nin heyətində debüt edib.
Apasport.az saytı xəbər verir ki, 21 yaşlı forvard La Liqanın V turunun "Osasuna" ilə matçında meydana çıxıb.
O, oyunun 77-ci dəqiqəsində Xuan Latazanı əvəzləyib. Bəzi azarkeşlər futbolçunun əleyhinə şüarlar səsləndirsə də, komandanın yerli azarkeşləri gənc futbolçunu dəstəkləyiblər.
Qeyd edək ki, İspaniya klubu Qrinvudu sentyabrın əvvəlində "Mançester Yunayted"dən icarəyə götürüb. Meyson 2022-ci ilin yanvarından bəri ilk dəfə rəsmi matçda iştirak edib.
0
0