Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yığmamız AVRO-2023-ün təsnifat mərhələsində son matçına çıxıb.
D qrupunda mübarizə aparan Eldar Yusubovun yetirmələri Avstriyanın qonağı olub. Komandamız inamlı qələbə sayəsində AVRO-2023-ə vəsiqə əldə edib.
Qrupda ikinci pilləni əldən verməmək üçün Şvexat şəhərində təşkil olunan matçda Azərbaycan voleybolçularına 1 xal da yetərli olsa da, təmsilçimiz çıxışını 3 xalla yekunlaşdırıb. 2005-ci ildən başlayaraq final mərhələlərinin daimi iştirakçısı olan millimiz bununla da ardıcıl 10-cu dəfə həlledici raundda oynayacaq.
Qeyd edək ki, AVRO-2023-ün final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək.
AVRO-2023-ün təsnifat mərhələsi
D qrupu, VI tur
10 sentyabr
22:25. Avstriya - Azərbaycan - 1:3 (14:25, 20:25, 25:23, 15:25)
Şvexat. “Multiversum” İdman Sarayı
1 |
Sloveniya |
6 |
6 |
0 |
14-4 |
522-413 |
17 |
2 |
Azərbaycan |
6 |
4 |
2 |
14-7 |
475-405 |
12 |
3 |
Avstriya |
6 |
2 |
4 |
9-12 |
433-455 |
7 |
4 |
Gürcüstan |
6 |
0 |
6 |
0-18 |
296-453 |
0 |