Azərbaycan çempionatında 1-ci dövrə başa çatdı
24.01.2023 - 20:50
Azərbaycan çempionatında 1-ci dövrə başa çatdı

Voleybolçu qadınlar arasında keçirilən Azərbaycan Yüksək Liqasının I dövrəsinin oyunları yekunlaşıb.

Apasport.az xəbər verir ki, bu gün baş tutan III tur çərçivəsində “Murov” “Azərreyl”lə , UNEC isə “Abşeron”la üz-üzə gəlib.

Voleybol Mərkəzində təşkil olunan  turun ilk matçında “Murov” “Azərreyl”lə qarşılaşıb. Eldar Yusubovun komandası ilk seti 25:22 hesabı ilə öz xeyrinə başa vurub. Matçın ikinci hissəsində də “Azərreyl” eyni hesabla  qalib gələrək set fərqini 2-yə çatdırıb. Vüqar Əliyevin yetirmələri 3-cü hissədə 25:20 hesabı ilə qalib gələrək fərqi minimuma endirsələr də, geridönüş edə bilməyiblər. 4-cü set “Azərreyl” komandasının 25:20 hesablı qələbəsi ilə yekunlaşıb. Yekunda “Azərreyl” rəqibini 3:1 ( 25:22 25:22, 20:25, 25:20) hesabı ilə məğlub edib.

Günün və I dövrənin son matçında UNEC “Abşeron”la görüşüb. Bu matçın qalibi 3 setdə müəyyən olunub. Oyuna daha inamlı başlayan “Abşeron” 1-ci seti 25:13 hesabı ilə qalib gəlib. Famil Ağayevin komandasının ilk hissədəki uğuru sonrakı setlərdə də davam edib. “Abşeron” 2-ci hissəni 25:19, 3-cü hissəni isə 25:16 hesabı ilə qalib başa vurub.

Beləliklə, 3 turdan sonra xal itirməyən “Azərreyl” 9 xalla turnir cədvəlinə başçılıq edir. 6 xala malik “Murov” 2-ci, ondan 3 xal geri qalan “Abşeron” 3-cü yerdə qərarlaşıb. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

24 yanvar 
Yüksək Liqa (qadınlar)
III tur

“Murov” – “ Azərreyl” 1:3 (22:25, 22:25, 25:20, 20:25)
UNEC – “ Abşeron” 0:3 (13:25, 19:25, 16:25)

writer photo
Əlirza Əlirzalı
0