Azərbaycan çempionatında 3-cü dövrə başlayır
29.01.2024 - 13:47
Azərbaycan çempionatında 3-cü dövrə başlayır

Sabah qadın voleybolçular arasında Azərbaycan çempionatında 3-cü dövrə başlayır

Apasport.az xəbər verir ki, 11-ci turun matçları yanvarın 30-31-də keçiriləcək.

İlk yarış günündə “Milli Aviasiya Akademiyası” və “Gəncə” qarşılaşacaq. Görüş saat 15:00-da start götürəcək. Günün digər matçı saat 18:00-da “Murov Az Terminal” və “Abşeron” arasında keçiriləcək. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Ertəsi gün isə “Azərreyl” UNEC-i sınağa çəkəcək. Matç saat 18:00-da UNEC-in idman zalında keçiriləcək. 

writer photo
Əlirza Əlirzalı
0