Azərbaycan çempionatının oyunu təxirə salındı
23.11.2023 - 12:07
Azərbaycan çempionatının oyunu təxirə salındı

Voleybol üzrə Azərbaycan çempionatının bir oyunu təxirə salınıb.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti açıqlayıb.

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu AVF-ə müraciət ünvanlayıb. Müraciət bu gün Yüksək Liqa çərçivəsində keçirilməsi nəzərdə tutulan oyunun təxirə salınması ilə bağlıdır. “Xarı Bülbül Şuşa” klubu Çağırış kubokunun 1/16 final mərhələsi çərçivəsində noyabrın 29-da Yunanıstanın “Panathinaikos ATHENS” kollektivinə qarşı cavab matçına çıxacaq. 

“Xarı Bülbül Şuşa”nın bu oyuna səmərəli hazırlaşa bilməsi üçün noyabrın 23-də Azərbaycan çempionatında keçirilməsi nəzərdə tutulan “Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın” matçının təxirə salınması xahiş olunub. AVF daxil olmuş müraciəti nəzərə alaraq, noyabrın 23-ə planlaşdırılan  “Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın” matçının təxirə salınması ilə bağlı qərar qəbul edib. 

Beləliklə, bu gün Yüksək Liqada yalnız bir qarşılaşma baş tutacaq. Saat 19:00-da “AZERRAIL” - “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər. Bu oyun “CBC sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, təxirə salınan “Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın” matçının keçiriləcəyi tarix hələ dəqiqləşməyib.
 

writer photo
Əlirza Əlirzalı
0