Villian Premyer Liqaya qayıdır
10.08.2022 - 12:51
Villian Premyer Liqaya qayıdır

“Korintians”ın yarımmüdafiəçi Villian İngiltərə Premyer Liqasına qayıda bilər.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı braziliyalı ilə “Fulhem” maraqlanır.

İngiltərə klubunun nümayəndələri Villianın meneceri ilə artıq danışıqlar aparıb. Tərəflərin tezliklə ortaq məxrəcə gəlməsi istisna edilmir.

Qeyd edək ki, Villian 2013-2020-ci illərdə İngiltərədə “Çelsi”nin formasını geyinib, ardından daha bir mövsüm “Arsenal”da çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0