Millətlər Liqasının sentyabr oyunları Ramil Şeydayev üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, hücumçu Azərbaycan millisində 50-ci matçını keçirib.
Yubileyi Qazaxıstanla ev oyununa (3:0) təsadüf edən forvard yığmanın tarixində 50 və daha çox görüşə çıxan 19-cu futbolçudur. Bu cədvələ 111 dəfə meydana çıxan Rəşad Sadıqov başçılıq edir.
1. Rəşad Sadıqov - 111
2. Maksim Medvedev - 81
3. Aslan Kərimov - 80
4. Kamran Ağayev - 79
5. Qara Qarayev - 77
6. Mahir Şükürov - 76
7-8. Mahmud Qurbanov - 75
Tərlan Əhmədov - 75
9. Qurban Qurbanov - 68
10. Bədavi Hüseynov - 66
11. Emin Ağayev - 65
12. Vüqar Nadirov - 61
13-14. Cavid Hüseynov - 60
Rahid Əmirquliyev - 60
15. Vaqif Cavadov - 58
16. Ruslan Abışov - 56
17. Aleksandr Çertoqanov - 54
18. Emin Quliyev - 52
19. Ramil Şeydayev - 50