Vüsal İsgəndərli komandasından AYRILA BİLƏR
04.07.2024 - 15:20
Vüsal İsgəndərli komandasından AYRILA BİLƏR

Azərbaycan milli komandasının üzvü Vüsal İsgəndərli “Boluspor”dan ayrıla bilər. 

Apasport.az saytına verilən məlumata görə, hər şey Türkiyə klubuna gələcək yeni rəhbərlikdən və maliyyə məsələsindən sonra bəlli olacaq. Böyük ehtimalla klubun hazırkı prezidenti ayrılacaq. Onun yerinə gələcək yeni prezidentin isə kluba ayıracağı maliyyədən çox şey asılıdır.  

Əgər İsgəndərli istədiyi məbləği, maaşı ala bilsə, o, “Boluspor”da qalacaq. Əks təqdirdə isə Türkiyə klubunun düşərgəsini tərk edəcək.
Halbuki, artıq 4 gündür ki, “Boluspor”un yeni sezon hazırlıqları başlayıb.

İsgəndərli bu klubdan ayrılsa da, karyerasına ölkə xaricində davam edəcək. Ona Azərbaycan klublarından maraq olsa da, hələ ki, geri dönmək haqda düşünmür.

Qeyd edək ki, Vüsalın “Boluspor”la müqaviləsi var. Amma müqaviləyə əsasən, klub ona istədiyi məbləği verə bilməsə, klubdan azad agent statusu ilə ayrılmaq hüququna malikdir.

writer photo
Əlirza Əlirzalı
0