"Fənərbaxça"da Benites səsləri
15.05.2024 - 10:57
"Fənərbaxça"da Benites səsləri

Super Liqa təmsilçisi "Fənərbaxça"nın yeni prezidenti və baş məşqçisinin kim olacağı maraq doğurur.

Apasport.az xəbər verir ki, məşqçi axtarışına başlayan Ali Koç Rafael Benitesi gündəmə gətirib. 

Seçkidə qalib gəlmək üçün güclü məşqçi axtarışında olduğunu vurğulayan Ali Koçun ilk təması Beniteslə etdiyi bildirilib.

Sonuncu dəfə "Selta Viqo"nu çalışdıran Rafael Benites təxminən 2 ay əvvəl komanda ilə yollarını ayırıb. 

Xatırladaq ki, Ali Koç və Aziz Yıldırım prezidentlik uğrunda mübarizə aparacaqlar. 

Aziz Yıldırımın əsas baş məşqçi namizədi isə Joze Mourinyodur. 

writer photo
Əlirza Əlirzalı
0