"Arsenal" 14 il sonra ilk dəfə bunu bacardı
13.03.2024 - 10:38
"Arsenal" 14 il sonra ilk dəfə bunu bacardı

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Arsenal”la “Portu” (1:0) qarşı-qarşıya gəlib. 

Apasport.az xəbər verir ki, komandalar arasında keçirilən matçların ümumi hesabı bərabərliklə (1:1) yekunlaşıb. 

Matçın nəticəsini penaltilər seriyası həll etdi – 4:2. Beləliklə, “Portu” turniri tərk etdi, “Arsenal” isə 1/4 finala yüksəldi.

Bu, "Arsenal"ın son 14 ildə Avropanın ən nüfuzlu klub yarışında ilk 1/4 final oyunudur. Klub sonuncu dəfə 2010-cu ildə bu mərhələyə yüksəlib. 

Qeyd edək ki, London klubu heç vaxt Çempionlar Liqasının qalibi olmasa da, 2006-cı ildə finala yüksəlib, lakin son mərhələdə "Barselona"ya 1:2 hesabı ilə uduzub.

 

writer photo
Əlirza Əlirzalı
0