Azərbaycan millisi Ukrayna ilə qarşılaşacaq
12.01.2024 - 10:11
Azərbaycan millisi Ukrayna ilə qarşılaşacaq

Bu gün 20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında Ukrayna ilə qarşılaşacaq. 

Apasport.az xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu komandanın oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xatırladaq ki, millimiz ötən gün 0:3 hesabı ilə Estoniyaya uduzub.

U-20 yığması turnirdə Latviya və ev sahibi komanda - Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Qaydalara görə, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

writer photo
Əlirza Əlirzalı
0