Azərbaycan yığması “Qalatasaray”ın baş məşqçisinə tapşırıldı
13.05.2023 - 21:18
Azərbaycan yığması “Qalatasaray”ın baş məşqçisinə tapşırıldı


Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasına baş məşqçi təyin olunub.

Apasport.az saytı xəbər verir ki, millimiz türkiyəli mütəxəssis Ataman Güneyligilə tapşırılıb.

41 yaşlı mütəxəssis bu mövsümün yekununda 2015-ci ildən baş məqçisi olduğu “Qalatasaray” klubundan ayrılıb. Onun qarşısında bu il keçiriləcək Avropa çempionatında uğurlu çıxış etmək vəzifəsi qoyulub. Qitə turnirində millimiz Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə eyni qrupda mübarizə aparacaq.

Qeyd edək ki, son olaraq yığmamızı Eldar Yusubov rəhbərlik edirdi və Avropa çempionatının seçmə mərhələsindən sonra vəzifəsindən ayrılmışdı. 
 

writer photo
Əlirza Əlirzalı
0