Serbiya millisinin AVRO-2024 üçün heyəti müəyyənləşib
28.05.2024 - 14:40
Serbiya millisinin AVRO-2024 üçün heyəti müəyyənləşib

Serbiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb.

Apasport.az xəbər verir ki, siyahıda 26 futbolçu yer alıb.

Heyətə cəmi 4 hücumçu daxil edilib. 3 qapıçı olan yığmada 6 müdafiəçi və 13 yarımmüdafiəçi var.

Qapıçılar: Vanya Milinkoviç-Saviç ("Torino", İtaliya), Predraq Raykoviç ("Malyorka", İspaniya), Corc Petroviç ("Çelsi", İngiltərə);

Müdafiəçilər: Straxina Pavloviç ("Zalsburq", Avstriya), Nikola Milenkoviç ("Fiorentina", İtaliya), Miloş Velkoviç ("Verder", Almaniya), Srcan Babiç ("Spartak" M, Rusiya), Uros Spajiç ("Srvena Zvezda"), Nemanya Stoiç ("Baçka Topola");

Yarımmüdafiəçilər: Saşa Lukiç ("Fulhem", İngiltərə), Nemanya Qudelj ("Sevilya", İspaniya), Nemanya Maksimoviç ("Xetafe", İspaniya), İvan İliç ("Torino", İtaliya), Srcan Mijailoviç ("Srvena Zvezda"), Sergey Milinkoviç-Saviç ("Əl-Hilal", Səudiyyə Ərəbistanı), Duşan Tadiç ("Fənərbaxça", Türkiyə), Lazar Samardziç ("Udineze", İtaliya), Velko Birmançeviç ("Sparta", Çexiya), Filip Kostiç ("Yuventus", İtaliya), Filip Mladenoviç ("Panatinaikos", Yunanıstan), Andriya Jivkoviç (PAOK, Yunanıstan), Miyat Qaçinoviç (AEK, Yunanıstan);

Hücumçular: Aleksandr Mitroviç ("Əl-Hilal", Səudiyyə Ərəbistanı), Duşan Vlahoviç ("Yuventus", İtaliya), Luka Yoviç ("Milan", İtaliya), Petr Ratkov ("Zalsburq", Avstriya).

Qeyd edək ki, Almaniyadakı qitə çempionatı iyunun 14-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0