Antonidən məşhur dijeyə zorakılıq
06.06.2023 - 21:16
Antonidən məşhur dijeyə zorakılıq

 “Mançester Yunayted”in hücumçusu Antoni məişət zorakılığında günahlandırılır.

Apasport.az-ın məlumatına görə,  braziliyalı məşhur dijey Qabriela Kavallin bu barədə polisə şikayət edib.

San-Pauludaki polis məntəqəsinə ərizə ilə müraciət edən şikayət edən Kavallin oyunçunu ona zor tətbiq etdiyini və zədələr aldığını bildirib. Tanınmış dijey təcili məhkəmə-tibbi müayinə olunmasını tələb edib. Onun şikayətə şəkillər və Antoni ilə arasında yazışmaları əlavə etdiyi də məlum olub.

Qeyd edək ki, “San-Paulu”nun yetirməsi olan Antoni 2022-ci ildə “Ayaks”dan “Mançester Yunayted”ə transfer olunub.
 

writer photo
Əlirza Əlirzalı
0