“Azərreyl” İspaniya klubu ilə üz-üzə - YENİLƏNİR
15.11.2023 - 11:27
“Azərreyl” İspaniya klubu ilə üz-üzə - YENİLƏNİR

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çelenc kubokunda 1/16 final mərhələsinin cavab oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, təmsilçimiz İspaniyanın “Avarka de Menorka”sı ilə görüşəcək.

Bakıda rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan çempionu səfərdə üstünlüyünü qorumağa çalışacaq. Mərhələ adlamaq üçün komandamıza 2 setdə qələbə qazanmaq kifayət edəcək. 

Qeyd edək ki, “Azərreyl” 1/32 final mərhələsinin “Balta” (Ukrayna) ilə hər 2 görüşünü 3:0 hesabı ilə xeyrinə bitirib.

Çelenc kuboku
1/16 final, cavab oyunu
15 noyabr
23:00. “Avarka de Menorka” (İspaniya) – “Azərreyl” (Azərbaycan)

İlk oyun – 1:3
 

writer photo
Əlirza Əlirzalı
0