Boks üzrə dünya çempionatında 104 ölkə idmançısı yarışacaq
07.04.2023 - 01:27
Boks üzrə dünya çempionatında 104 ölkə idmançısı yarışacaq

1-14 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək kişi boksçular üzrə dünya çempionatında 104 ölkə idmançısı mübarizə aparacaq.

Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov deyib.

Qeyd edək ki, mükafat fondu 5,2 milyon dollar olacaq dünya çempionatında Böyük Britaniya, ABŞ, Polşa, İsveçrə, Niderland, İrlandiya, Çexiya, İsveç, Kanada və Ukrayna idmançıları iştirak etməyəcək. Həmin ölkələr Rusiya və Belarusdan olan boksçuların dünya çempionatına buraxılmasına görə yarışı boykot edib.

writer photo
Əlirza Əlirzalı
0