Morata İtaliyada?
17.06.2023 - 19:20
Morata İtaliyada?

İspaniyalı futbolçu Alvaro Morata klubunu dəyişməyə hazırlaşır.

Apasport.az saytı xəbər verir ki, Madrid “Atletiko”sunun şərəfini qoruyan 30 yaşlı hücumçu yenidən İtaliyaya qayıtmaq istəyir.

İki dəfə (2014-16 və 2020-22-ci illər) “Yuventus”un formasını geyinən Morata indi də “Roma” klubunda çıxış etmək arzusundadır. Paytaxt klubunun baş məşqçisi Joze Maurinyo ilə danışan ispaniyalı futbolçu transferə razılıq verib.

“Atletiko” ilə daha bir illik müqaviləsi olan hücumçunun keçidinin yaxın günlərdə reallaşacağı bildirilir.

Qeyd edək ki, son mövsümdə Madrid klubunun heyətində 45 oyuna çıxan Alvaro 15 qolla yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0