Reşford üzr istədi
04.11.2023 - 12:56
Reşford üzr istədi

“Mançester Yunayted”in futbolçusu Markus Reşford “Mançester Siti” ilə oyundan sonra baş verənlərə görə üzr istəyib.

Apasport.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Erik Ten Haq açıqlayıb.

O bildirib ki, matçdan sonra əyləncə klubuna gedən futbolçu səhvini başa düşüb: “Mən onunla danışdım və hadisəni aydınlaşdırdıq. Üzr istədi, hər şey yaxşıdır. Markus səhvini düzəltmək üçün çox həvəslidir. Səhv edib, amma tamamilə bizimlədir. Onun hər gün necə məşq etdiyini görürəm”.

Qeyd edək ki, 26 yaşlı futbolçu Mançester derbisindəki 0:3 hesablı məğlubiyyətdən sonra əyləncə klubuna gedib.

writer photo
Əlirza Əlirzalı
0