Birminqem klubunda baş məşqçi DƏYİŞİKLİYİ
20.03.2024 - 00:24
Birminqem klubunda baş məşqçi DƏYİŞİKLİYİ

Cari mövsümün sonunadək Qeri Rouet "Birminqem Siti"nin baş məşqçisi təyin oluna bilər.

Apasport.az xəbər verir ki, o, daha əvvəl 2014-2016-cı illərdə bu komandada çalışıb.

Toni Moubrey səhhətində yaranan problemlərə görə müvəqqəti olaraq klubdaki vəzifəsini tərk etmək məcburiyyətində qalıb. Rouetin rəhbərlik etdiyi komandanın ilk oyununu QPR-ə qarşı keçirəcəyi bildirilir.

Qeyd edək ki, Birminqem təmsilçisi hazırda Çempionşipdə 21-ci yerdədir

writer photo
Əlirza Əlirzalı
0