“Liverpul”un sabiq hücumçusu klub tapdı
17.09.2022 - 10:12
“Liverpul”un sabiq hücumçusu klub tapdı

“Liverpul”un sabiq futbolçusu Endri Kerroll özünə yeni klub tapıb.

Apasport.az saytının məlumatına görə, hücumçu karyerasını “Redinq”də davam etdirəcək.

O, yeni klubu müqavilə imzalayıb. Anlaşma mövsümün sonunadək nəzərdə tutulub. 

33 yaşlı ingiltərəli azad agent kimi “Redinq”ə qoşulub. Ötən ilin noyabrından bu ilin yanvarınadək də bu klubda oynayan forvard “Nyukasl”, “Liverpul”, “Vest Hem” və “Vest Bromviç”də də çıxış edib.

Qeyd edək ki, Endi ötən mövsüm “Vest Bromviç” və “Redinq”də 23 matça 5 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0