Mirça Rednik: "Xəzər Lənkəran"a qayıtmağa hazıram - Özəl
20.02.2024 - 20:01
Mirça Rednik: "Xəzər Lənkəran"a qayıtmağa hazıram - Özəl

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik Cənub təmsilçisinin böyük futbola qayıtmaq ehtimalının yüksək olması ilə bağlı çıxan xəbərlərə qısa münasibət bildirib.

Lənkəran klubunun keçmiş çalışdırıcısı, hazırda Rumıniya yüksək liqasında yarışan “UTA Arad”a rəhbərlik edən Rednik apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın Premyer Liqaya qayıdacağı təqdirdə baş məşqçi postuna rəhbərlik etməyə hazır olduğunu da dilə gətirib:

“Xəzər Lənkəran”la bağlı çıxan xəbərlərlə tanış olmuşam. İnanıram ki, hər şey yaxşı olacaq. “Xəzər Lənkəran”a qayıtmaq? Əlbəttə ki, bu komandaya qayıtmağa hazıram. Ümid edirəm ki, yaxşı olacaq”.

writer photo
Əlirza Əlirzalı
0