İsveçli qapıçı Premyer Liqa klubunda
04.06.2022 - 22:08
İsveçli qapıçı Premyer Liqa klubunda

“Roma”nın qapıçısı Robin Olsen “Aston Villa”ya keçib.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubu açıqlayıb.

Premyer Liqa təmsilçisi öncə icarəyə götürdüyü 32 yaşlı isveçli ilə 2 illik müqavilə imzalayıb. Olsen 2024-cü ilin yayına qədər “Aston Villa”nın şərəfini qoruyacaq.

Qeyd edək ki, Robin 2022-ci ilin əvvəlindən icarəyə verildiyi klubda keçirdiyi 1 matçda 3 qol buraxıb.
 

writer photo
Əlirza Əlirzalı
0