"Bu mövsüm çoxlu gənc oyunçularımız olacaq və hər gün çalışırıq ki, onlar istedadlarını göstərə bilsinlər".
Apasport.az xəbər verir ki, bunu "Fehervar"ın baş məşqçisi Tamaş Peto deyib.
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"la oynayacaq Macarıstan təmsilçisinin çalışdırısı qarşılaşma öncəsi fikirlərini açıqlayıb.
O bildirib ki, yeni mövsüm komandanı formalaşdırıblar və hər iki cəbhədə uğurlu olmağa çalışacaqlar: "Keyfiyyəti xeyli yüksəltmişik və heyət daha yüksək hədəflərə çatmağa qadirdir. Bizi 10 gün ərzində 4 oyundan ibarət uzun və çətin seriya gözləyir. Birincisi Azərbaycanda olacaq. "Sumqayıt" fiziki cəhətdən güclü komandadır, lakin onlarla rəqabət apara bilərik. 90 dəqiqə barışmaz mübarizə görmək istəyirik".
Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" görüşü sabah saat 20:00-da start götürəcək.