Peşəkar Futbol Liqasında (PFL) struktur və kadr dəyişikliyi davam edir.
Apasport.az saytı xəbər verir ki, rəhbərliyin qərarına əsasən Marketinq qrupu Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin tərkibinə verilib.
Tanınmış jurnalist Sənan Abdullayev Peşəkar Futbol Liqasının yeni media və marketinq direktoru təyin olunub.
2005-ci ildə “Futbol+” qəzetində jurnalist kimi fəaliyyətə başlayan S. Abdullayev 2007-ci ildən “Xəzər TV”də müxbir, aparıcı, idman redaktoru vəzifələrində çalışıb. 2015-ci ilin “Ən yaxşı idman jurnalisti” adına layiq görülmüş Abdullayev 2020-ci il iyulun 22-də Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə KİV nümayəndələrinin mükafatlandırılması barədə sərəncamları çərçivəsində “Tərəqqi” medalı ilə təltif olunub.
Qeyd edək ki, buna qədər PFL-də Aslan Şahgəldiyev vitse-prezident, Elgiz Abbasov texniki-idman direktoru, Zaur Hacı-Məhərrəmov isə icraçı-direktor təyin olunub.