Boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı
21.02.2023 - 17:51
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

Azərbaycan boksçusu Malik Həsənov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirinə qələbə ilə başlayıb. 

Apasport.az saytının məlumatına görə, 63,5 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 final mərhələsi çərçivəsində Şpetim Bayokunu (Kosovo) məğlub edib.

Həsənov rəqibinə 5:0 (30:26, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. 

Boksçumuz 1/8 finalda hindistanlı Şiva Tapa ilə döyüşəcək. Görüş fevralın 22-də baş tutacaq. 

Qeyd edək ki, 40-a qədər ölkədən 398 boksçunun (256 kişi, 142 qadın) qatıldığı yarışa fevralın 26-da yekun vurulacaq.
 

writer photo
Əlirza Əlirzalı
0