30 milyon avrodan İMTİNA
12.04.2023 - 18:00
30 milyon avrodan İMTİNA

Luka Modriç Səudiyyə Ərəbistanından aldığı təklifi qəbul etməyib.

Apasport.az saytının məlumatına görə, “Real”ın 37 yaşlı yarımmüdafiəçisi adı açıqlanmayan kluba keçməyə razı olmayıb.

Ərəblər xorvatiyalı ulduza illik 30 milyon avro maaş vəd edib. Luka karyerasına “Kral klubu”nda davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Modriç 2012-ci ildən Madrid təmsilçisində çıxış edir. O, burada 307 matçda 25 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0