Benzemanın qayıdacağı tarix bilindi
24.11.2022 - 16:42
Benzemanın qayıdacağı tarix bilindi

“Real”ın hücumçusu Kərim Benzemanın durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, zədə səbəbindən Fransa yığmasının dünya çempionatındakı heyətindən çıxarılan 34 yaşlı forvardın vəziyyəti o qədər də pis deyil.

“Kral klubu”nun həkimləri vaxt itirmədən aparıcı qolçunun müalicəsinə başlayıb. Onlar Benzemanın dünya çempionatından dərhal sonra madridlilərin ilk çempionat matçına hazır olacağını düşünür. Gümanlar özünü doğrultsa, hücumçu La Liqanın XV turu çərçivəsində dekabrın 30-da “Valyadolid”lə qarşılaşmada meydana çıxa biləcək.

Qeyd edək ki, Kərim Benzema bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 12 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə verib.
 

writer photo
Əlirza Əlirzalı
0