Millidə iki itki
20.09.2022 - 15:20
Millidə iki itki

İtaliya yığması iki itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının oyunları ərəfəsində Matteo Politano və Lorenso Pelleqrini komandanın düşərgəsini tərk edib.

Buna oyunçuların zədəsi səbəb olub. Baş məşqçi Roberto Mançini onların əvəzinə yığmaya iki futbolçu çağırıb. Bunlar Davide Frattezi və Manolo Qabbyadinidir.

Qeyd edək ki, İtaliya yığması sentyabrın 23-də İngiltərə, 26-da Macarıstanla görüşəcək.
 

writer photo
Əlirza Əlirzalı
0