Ançelotti Benzemaya əvəzləyici tapdı
31.10.2022 - 14:13
Ançelotti Benzemaya əvəzləyici tapdı

“Arsenal”ın hücumçusu Qabriel Jezus “Real”ın maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, Madrid klubu onu yayda heyətinə qatmağı planlaşdırır.

Braziliyalının keçidi hələ bu yay reallaşa bilərdi. Amma onun legioner olması ispaniyalıları gözləməyə vadar edib.

Amma baş məşqçi Karlo Ançelotti cənubi amerikalını sərəncamında görməkdə israrlıdır. O, Qabrielə Kərim Benzemanın əvəzləyicisi gözü ilə baxır.

Qeyd edək ki, Jezus “Arsenal”a bu yay “Manester Siti”dən keçib.
 

writer photo
Əlirza Əlirzalı
0