Voleybol üzrə Azərbaycan çempionatında iştirak edəcək fəxri qonaqlar bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlama yayıb.
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev noyabrın 5-də Bakıya səfər edəcəklər. Qonaqlar noyabrın 6-da baş tutacaq Azərbaycan çempionatının açılış mərasimində iştirak edəcəklər, həmçinin Yüksək Liqanın ilk qarşılaşmasını izləyəcəklər.
Qeyd edək ki, ölkə çempionatının açılış mərasimi Bakı İdman Sarayında baş tutacaq.