Krakov-2023: Yusupova “Top-6”da
22.06.2023 - 14:35
Krakov-2023: Yusupova “Top-6”da

Azərbaycan atletika yığmasının daha bir üzvü Krakov-2023 Avropa Oyunlarında çıxışını başa vurub.

Apasport.az saytının məlumatına görə, Anna Yusupova qadınların 1500 m məsafəyə qaçışında iştirak edib.

O, finişə 4 dəqiqə 38,00 saniyəyə çatıb. Təmsilçimiz yarışı 6-cı yerdə başa vurub.

Qeyd edək ki, Avropa Oyunları çərçivəsində komandalararası qitə çempionatı keçirilir. Azərbaycan yığmasının yer aldığı III divizionda mübarizə bu gün başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0