“Plovdiv kuboku”nda iki medal
09.10.2023 - 13:07
“Plovdiv kuboku”nda iki medal

Aerobika gimnastikası üzrə Azərbaycan yığma komandası növbəti medallarını qazanıb.

Apasport.az xəbər verir ki, təmsilçilərimiz “Plovdiv kuboku”nda fərqləniblər.

Bolqarıstanın Plovdiv şəhərində keçirilən yarışda idmançılarımız bir gümüş və bürünc mükafata yiyələniblər. Vladimir Dolmatov və Mədinə Mustafayeva cütlüklərin yarışında gümüş medala sahib çıxıblar. 

Gimnastımız Vladimir Dolmatov fərdi yarışda da uğur qazanıb. O, çıxışını bürünc medalla tamamlayıb.

writer photo
Əlirza Əlirzalı
0